

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti, a.ü.f.d. Qasımova Fərqanə Nəriman qızının Ekologiya mühəndisliyi ixtisasının II kurs tələbələrinə Aqroekologiya fənnindən “Aqrosənayenin intensivləşməsində suyun biogen çirklənməsi” mövzusunda açıq dərsi keçirildi. Dərs zamanı mövzunun elmi-nəzəri əsasları izah edilmiş, müasir təlim metodlarından, əyani vəsaitlərdən və interaktiv tədris üsullarından istifadə olunmuşdur. Tələbələrin dərsdə fəallığı, müzakirələrdə iştirakı və mövzunu mənimsəmə səviyyəsi diqqətə alınmışdır.
