
Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Elfira Ağayevanın Biologiya ixtisasının III kurs tələbələrinə “Membranologiya” fənnindən “Süni membranlar və membran mühəndisliyi” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsin məqsədi tələbələrə süni membranların növlərini, alınma prinsiplərini və müasir tətbiq sahələrini öyrətmək, bioloji membranlarla süni modellər arasındakı əlaqəni göstərmək olub. Dərsdə təqdimatdan, sxemlərdən və interaktiv sual-cavabdan istifadə edilib. Mövzu sillabusa uyğun seçilib və fənnin FTN 2 və FTN 3 təlim nəticələrinə xidmət edib. Mühazirə qarışıq tipdə, yəni nəzəri və praktik hissələrdən ibarət qurulub. Təlim nəticələri Blum taksonomiyasının təhlil, yaratma və dəyərləndirmə səviyyələrinə uyğun müəyyənləşdirilib.
