



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəbatat bağının əməkdaşları Gəncə şəhəri Ekoloji Park Kompleksində 24 noyabr 2026-cı il tarixində “Yaşıllaşdırma və park dizayninda təbii floranın ekosistem xidmətlərininsüni intelekt əsaslı qiymətləndirilməsi” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin Biologiya, Biologiya müəllimliyi, Kimya və biologiya müəllimliyi ixtisasının I kurs tələbələri iştirak ediblər. Mövzu ilə bağlı Nabatat bağının direktoru Nizami Nağıyev, GDU-nun professoru Aynur Bayramova, dosenti Ramidə Quliyeva və digər əməkdaşlar elmi çıxışlar edib. Ekoparkın direktoru tələbələri fərqli dizaynı ilə seçilən kompleks və müxtəlif mövsümlərdə əkilən nadir gül-çiçək, kol bitkiləri və ağac tingləri ilə tanış edib.
