EKOLOGİYADAN BİLİK YARIŞI KEŞİRİLMİŞDİR!

13.04.2017-ci il tarixində saat 1300-da Ekologiya kafedrası bütün kurslar üzrə Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarının tələbələri üçün “Bilik yarışı” təşkil etmişdir. Yarışı beş komanda – “Azəri”, “Çıraq”, “Günəşli”, “Qarabağ” və “Şahdəniz” təmsil etmişdir. Aparıcılıq və təşkilati işlər kafedranın baş müəllimi, b.ü.f.d. Qasımova Gültəkin Qasım qızına həvalə olunmuşdur. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya-kimya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, kafedra müdiriSevda Əhmədova, müəllimlərdən Fərqanə Qasımova və Zabitə Ələkbərova münsif qismində iştirak etmişlər. Yarışda “Çıraq” komandası qalibiyyət əldə etmişdir. Ümumilikdə iştirakçılara 20 sual təqdim olunmuşdur. Qalib gələn komanda 15 suala düzgün cavab verərək yarışıq qalib olaraq biritmişlər. Bu münasibətlə qalib komandanın üzvləri mükafatlandırılmışdır.