Botanika kafedrasının dosenti A.A.Bayramovanın açıq dərsi keçirilmişdir.

Botanika kafedrasının dosenti Aynur Akif qızı Bayramovanın “İbtidai bitkilər” fənnindən “Ali göbələklər” mövzusunda biologiya və biologiya müəllimliyi ixtisasları üzrə açıq dərsi keçirilmişdir.

Dərsdə ali göbələklərin sinifləri, çoxalması, təbiətdə yayılması və təsərrüfat əhəmiyyəti haqqında geniş məlumat verilmişdir.

Açıq dərsdə Botanika kafedrasının müdiri, prof. Vaqif Novruzov, dos. Mirzə Həsənov, dos. Məhəmmədiyyə Qazıyev, Fakültə üzrə açıq dərslərə nəzarət komitəsinin sədri Murad Vəliyev və kafedranın digər əməkdaşları iştirak etmişlər.