Botanika kafedrasının əməkdaşları Beynəlxalq seminarda

Gəncə Şəhəri İcra Hakimiyyətinin tapşırığı ilə Botanika kafedrasının dosenti Aynur Bayramova və kafedranın müəllimi b.ü.f.d. Rəmidə Quliyeva 01.10.2017-ci il tarixdə MDB ölkələrinin gənc alimlərinin Beynəlxalq seminarında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində Düşənbə şəhərinə getmişlər.
1-7 oktyabr 2017-ci il tarixlərdə Varzob dağ-botanika stansiyası bazasında (Kondara) keçirilən Beynəlxalq seminar Bioloji müxtəlifliyin öyrənilməsinə həsr olunmuşdur.
Beynəlxalq seminarda dos.Aynur Bayramova “Azərbaycanın qərb zonasının Xüsusi mühafizə olunan təbiət ərazilərinin flora biomüxtəlifliyi” və b/m b.ü.f.d. Ramidə Quliyeva “Azərbaycanın Gəncə-Qazax bölgəsində senopopulyasiya tədqiqatlarının müasir vəziyyəti və perspektivləri” mövzularında məruzələrlə çıxış etmişlər.
Qissar dağ sistemində təşkil olunmuş elmi ekspedisiyada floranin bioloji müxtəlifliyi, miqrasiyası və səmərəli istifadə olunmasına dair qiymətli məlumatlar toplanmışdır.
Hər iki məruzəçiyə sertifikat verilmişdir.
MDB ölkələrinin təşkil etdiyi Beynəlxalq seminarda Gəncə Dövlət Universitetinin təmsil olunmasını təmin etdiyinə və köməklik göstərdiyinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyevə dərin təşəkkürümüzü bildirirık.