anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Hacıyeva Şəlalə Zabir qızının açıq dərsi

Kimya və biologiya müəllimliyi ixtisasının II kursunda “Məməlilərin xarici quruluşu” mövzusunda açıq dərs keçirildi. Baş müəllim Ş.Hacıyeva dərsi canlı dovşan üzərində izah etdi. Mövzu məməlilərin xarici quruluşu olsa da, dovşan yarıldı və daxili quruluşu izah edildi. Müəllim tələbələri maraqlandıran suallara ətraflı cavab verdi. Dərs həmçinin preparatlar, tablolar və slaydla təchiz olunmuşdu. Açıq dərsdə fakültənin müəllim və laborantları iştirak etdilər.