UNİVERSİTETİN ƏMƏKDAŞLARI “AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI”NDA

Bu günlərdə AMEA-da Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib. Qurultay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 Sentyabr tarixli “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən keçirilmişdir.

Qurultayda GDU-nun Botanika kafedrasının müəllimi b.ü.f.d. R.Quliyeva və GDU-nun İnnovasiyalar Departamentinin müdiri V.Həsənov iştirak etmişdir.

Qurultay iştirakçılarımız əvvəlcə Fəxri Xiyabanda xalqımızın Ümummilli lideri Azərbaycan Dövlətinin memarı, qurucusu Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə əklil qoymuşdular.

Gənclər ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin layiqli nümayəndələri kimi GDU-nun elm və təhsilinin inkişafında ləyaqətlə çalışacaqlarını bildiriblər.