GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ BioCore (Exploring scientific community) DÜNYA KONQRESİNİ TƏMSİL EDƏCƏKDİR

Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzov iyunun 25-27, 2018-də Birləşmiş Ərəb Əmirliyində (Dubai) keçiriləcək 2-ci Biotechnology və Bioengineering Dünya Komqresinə dəvət almışdır. Konqres ABŞ, Pakistan, Hindistan, Kuba, Belçika, Rusiya, Türkiyə, Benqladeş, Liviya. Misir, Ukrayna, Gürcustan, Koreya,Yəmən, Avstraliya, Avstriya. Kanada, İtaliya. Qazaxistan, Tayva,Yunanıstan,  və s. 42 ölkənin nümayəndə heyətinin  iştirakı ilə keçiriləcəkdir. Konqres Biotexnologiya, Əczaçılıq biotexnologiyası, Sənaye biotexnologiyası, Aqrar biotexnologiya, Genetika. Biokimya, Hüceyrə mühəndisliyi,Tibbi biotexnologiya, Biokimya, Bioenergetica, Biomexanika, Molekulyar biologiya, Mikrobiologiya, Nanotexnologiya, Biofizika, Biologiya, Biotexnologiya, Biomüxxtəliflik bölmələırini əhatə edir. Konqresdə Vaqif Novruzov “LICHEN BIOTA OF SOME INDUSTRIAL CITIES OF AZERBAIJAN AND DIRECTIONS OF USE IN BIOMONITORING  “ mövzusunda məruzə ilə çıxış edəcəkdir.