Əməkdaşlarımız Beynəlxalq seminarda

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin Botanika kafedrasının əməkdaşları dos.M.T.Qazıyev, doktorant F.F.Ələkbərov 10-16 may 2018-ci il tarixlərdə Düşənbə şəhərində keçirilən “Bioloji müxtəlifliyin öyrənilməsinə həsr olunmuş” Beynəlxalq seminarda iştirak etmişlər. Dos.M.Qazıyev Respublikanın nümayəndə heyəti adından seminar iştirakçılarını salamlamışdır.

Beynəlxalq seminar Tacikistan Respublikası Elmlər Akademiyasının Sədrliyi ilə aparılmışdır.

Bölmə iclaslarında dos.M.Qazıyev “Gəncə-Qazax bölgəsində alaq otlarının bioloji müxtəlifliyi”, doktorant F.Ələkbərov “Korçay Dövlət Təbiət Qoruğunun şibyə florasının biomüxtəlifliyi” mövzusunda məruzələrlə çıxış etmişlər.

Beynəlxalq seminarda həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin Biologiya kafedrasının dosenti Əbilova İ.E., Həsənli E.F.məruzə ilə çıxış etmişlər.

Əməkdaşlarımıza Sertifikat və qiymətli hədiyyələr verilmişdir.