novruz şənliyi

Azərbaycan xalqının özünəməxsus bayramları var. Bunlardan biri Novruz Bayramıdır. Bu bayramın yeddiyə qədər atributu var. Bu atributlardan biri Səmənidir. Səməni yazın gəlməsi, bolluq və bərəkətin bünövrəsinin qoyulması kimi qiymətləndirilir. Bu atributa qarşı hər bir Azərbaycanlının xüsusi məhəbbəti var.

Uzun illərdir ki, fakültədə səməni bayramı təşkil edilir. 15.03.2019-cu il tarixdə əsas binada səməni bayramı təşkil edildi. Bayram şənliyində tələbələr səməni və müxtəlif əl işlərini nümayiş etdirdi. Tədbirdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, əməkdar müəllim fəlsəfə doktoru F.Məmmədov, Humanitar məsələlər üzrə prorektor fəlsəfə doktoru əməkdar müəllim G.Fətəliyeva və fakültənin professor-müəllim heyəti iştirak etdilər.