tam və natamam metamorfozlu həşəratın quruluşu mövzusunda açıq dərs keçirildi

Botanika kafedrasının baş müəllimi Rahilə Məmmədovanın Biologiya ixtisasının III kursunda Entomologiya fənnindən açıq dərsi keçirildi. Açıq dərsdə dekan dos.İ.Alverdiyev, Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.M.Həsənov, dos.Z.İsmayılova, dos.A.Bayramova iştirak etdilər.

Mövzunun tədrisi üçün lazım olan əyani vasitələr, slayd, müəllimin plan konspekti, proqram və sillabus var idi. Tam və natamam inkişaf etmiş həşəratların nümayəndələri morfoloji və anatomik quruluşuna görə müqayisə edildi. Təbiətdə yayılması, qidalanması, əhəmiyyəti, zərərli cəhətlərə malik olma xüsusiyyətləri, onların mənfi təsirinin aradan qaldırılma yolları ön plana çəkildi.