ALLAH RƏHMƏT ELƏSİN!

Botanika kafedrasının müəllimi, Biologiya-kimya fakültəsinin dekan müavini dosent Qazıyev Məhəmmədiyyə Tacəddin oğlu 15.09.2020-ci il tarixdə saat 1615 -də dünyasını dəyişdi. Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinə, professor-müəllim heyətinə, böyük tələbə ordusuna ağır itki üz verdi. Fakültənin kollektivi adından mərhumun ailəsinə, yeganə övladı qızına, nəvələrinə, oğul əvəzi kürəkəninə, bütün qohumlarına baş sağlığı veririk, səbr diləyirik. Qəbri nurla dolsun, yeri cənnət olsun. Amin.