Məmmədov Bəhruz Sahib oğlu

????????????????????????????????????

 Bəhruz Məmmədov  2004-2008 ci illər arası Gəncə Dovlət Universitətinin Kimya-Biologiya fakültəsində kimya ixtisası üzrə təhsil alıb.  O hələ tələbəlik illəri ərzində “Buxar mühəndislik “ şirkətində  kimyaçı olaraq çalışırdı.Təhsilini bitirdikdən sonra, 2008-2009-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidməti bitirdikdən sonra Azərbaycanın ilk qızıl mədəni olan Azərbaycan Bəynəlxalq Mədən Əməliyyat Şirkətində kimyaçı laborant olaraq faliyətə başlamışdır. Qısa müddət ərzində mis zavodunda əməliyat işləri üzrə mühəndis və növbəti 6 ay müddətində həm qızıl, həm də mis zavodunda proses mühəndisi vəzifəsinə kimi yüksəlmişdir. Növbədi 1 ildən sonra Azərbaycan Respublikasinin ilk və tək qızıl mədənində aparıcı mühəndis vəzifəsinə gətirildi.Ümimilikdə  Azərbaycan Bəynəlxalq Mədən Əməliyyat Şirkətində 3-4 il işlədikdən sonra təhsilini Avropada davam etdirmək qərarına gəlmişdir. 2012 –ci ilin Sentiyabrında Niderland krallığında Kimya mühəndisliyi fakültəsinin material mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirmişdir. Bundan başqa ixtisas kimi nanomateriallar istiqamətini əsas götürmüşdür. Belə ki Twente Universitetinin nəznində olan MƏSA+ inistitu nanotexnalogiya üzrə avropada ən böyük universitetdir.  Bəhruz Məmmədov seramik nanoliflər üzrə magistr mövzusunu müdafiyə etdikdən sonra,  praktika keçmək üçün Almaniyaya dünyanın ən böyük kimyəvi şirkəti olan BASF-a getmişdir. Yarim il burda praktika keçdikdən sonra 2014-cü ildə Eurəkitə şirkətinin əsasını qoymuşdur. Şirkət seramik nanoliflər əsasındə yəni tip materialların hazılanması ilə məsğuldur. Şirkət  2014-ü ildə Niderland innovasiyalara dəstək fondundan 40000 Euro ilkin investsiya aldi. Əldə olunan nəticələr Amerikanin ən uğurlu  investisiya şirkəti olan Cottonwood-un diqqətini cəlb etmişdir. Uzun sürən danışıqlardan sonra Cottonwood şikəti 2.6 milyon dollar qiymətləndirmədə 1.15 milyon investisiya yatırmışdır. Bəhruz Məmmədov hal-hazırda Eurekitə şirkətinin əsas səhmdarlarından biri olmaqla yanaşı maliyyə və əməliyyat işləri üzrə icraçi direktor işləyir. Hal-hazirda Eurekitə şirkəti ikinci round investisiyanın alınmasi və bunulada şirkətin beynəlxalq baza cixmasi üzərində calisir.