TEC-in sədri: Dos. İbrahimli Sahil İsa oğlu

????????????????????????????????????

Gəncə Dövlət Universitetinin
Biologiya-kimya fakültəsinin TEC-nin
STRUKTURU

Universitetlərin həyatında tələbələrin elmə, təhsilə köklənməsində TEC müstəsna əhəmiyyətə malik olan bir strukturdur. Çünki, tələbələrin elmi istiqamət seçmələrində TEC-lər işin əsas hissəsini görür. Bu nöqteyi-nəzərdən GDU-nun bir sıra ciddi layihələrin reallaşmasını həyata keçirmişdir. Belə tədbirlərdən biri keçən ilin ilk günlərində keçirilən Milli Həmrəylik gününə həsr edilmiş tələbə və magistrantların elmi konfrans- müsabiqəsidir. Bu müsabiqə-konfrans elə formatda təşkil olunmuşdur ki, mükafata layiq görülən işlər, ilk növbədə tədqiqat xarakterli və tələbənin onu təqdim etmə bacarığı yüksək səviyyədə olmalıdır. Universitetin Elm və innovasiyalar üzrə prorektoru, dosent P.Kərimzadənin və mənim həmsədrliyimiz, Fakültə TEC sədrlərinin üzv olduqları münsiflər heyəti tərəfindən qiymətləndirilən çıxışlardan 3 ədədi xüsusi fərqləndirilərək pul mükafatına və I dərəcəli diplomlara layiq görülmüşlər. Daha 6 iş II dərəcəli, 9 iş isə III dərəcəli diplomlara layiq görülmüşdür. Ümumilikdə 60-dan çox tələbə-magistrin dinlənildiyi konfrans müsabiqə iki gün davam etdirilmişdir. Tədbirdə universitetin 8 fakültəsinin hamısı və magistratura şöbəsinin tələbələri təmsil olunmuşlar. I dərəcəli diplomların sahibləri aşağıdakılar olmuşlar.

1. İsgəndərova P.A. – Genetika ixtisası üzrə magistr – I kurs.
Mövzu: “Dermatoqlifka insanın genetik tədqiqat metodu kimi”
Elmi məsləhətçi: b.ü.f.d Elfıra Ağayeva.
2. S.Ə.Ə. Şayam “Genetika” ixtisası üzrə magistr I kurs
Mövzu: XX amin turşusu və onun istehsalı metodları.
Elmi məsləhətçilər: b.ü.f.d. Elfira Ağayeva
dos. V.Məmmədova

Konfrans müsabiqəyə təqdim olunan işlərin hamısı toplu şəklində çap olunmuşdur.
2015-ci il may ayının 5-də H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş ənənəvi XXX tələbə və magistrlərin elmi konfransı keçirilmişdir. Konfransda həm H.Əliyevin həyat və fəaliyyətini əks etdirən məruzələr, həm də ayrı-ayrı elm sahələrinin ən aktual mövzularını əhatə edən məruzələr dinlənilmişdir. Burada da fərqlənən tələbələr diplomlarla mükafatlandırılmışdır.
Hesabat ilinin aprel ayı ərzində universitetin bütün fakültələri üzrə fənn olimpiadalarının keçirilməsini təşkil etmişik.
Mən buradan tələbə magistrlərin növbəti konfrans-müsabiqələrinin anonsunu vermək istəyirəm. Konfrans-müsabiqə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmişdir və dekabr ayının 28-də Universitetin akt zalında keçirilmişdir.
Biz TEC olaraq fəaliyyətimizi Universitet və yaşadığımız şəhər daxilində məhdudlaşdırmırıq. Tələbələrimizin Respublika və Beynəlxalq tələbə elmi tədbirlərdə iştirakını təmin edirik. Belə tədbirlərdən biri 18 derkabr 2015-ci il
tarixində BSU keçirilən “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” adlı XIV Beynəlxalq tələbə elmi praktik konfransdır. Həmin konfransda filologiya fakültəsinin 5 tələbəsi məruzələrlə iştirak etmişdir. Onlardan Kərimova Nigar çox sevindirici haldır ki, universitetimizə diplomla qayıtmışdır.
Yeri gəlmişkən, mən TEC işində xüsusi fəallıq göstərən və tədbirlərin daha səmərəli keçməsinə əməli fəaliyyətləri ilə yardım edən professor V.Novruzov, professor Şaiq Məmmədov, dosent İ.Alverdiyev, dosent Heydər Kərimov, dos. İ.Cabbarov, baş müəllim T.Cabbarova və başqalarına təşəkkürümü bildirirəm və digər müəllimlərimizi də səmərəli əməkdaşlığa dəvət edirəm.
Sonda TEC-in bundan sonrakı fəaliyyətini daha yüksək səviyyədə təşkil etmək üçün universitet rəhbərliyindən və dekanlıqlardan aşağıdakı təkliflərimizə hörmətlə yanaşmalarını xahiş edirik:
1. TEC lazımi avadanlıqla təchiz edilmiş qərargahla təmin olmalıdır.
2. Fakültə və kafedra rəhbərləri fakültə və universitet TEC-ləri ilə daha sıx iş birliyinə daxil olmalıdır.
3. TEC nizamnaməsində əks olunan onun bir sıra təşəbbüskarlığı tanınmalıdır.

Fakültəmiz Ümum Milli lider Heydər əliyevin 93-cü il dönümünə həsr edilmiş “Kimya və Biologiyanın müasir problemləri” adlı Beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Konfransda Türkiyədən, Rusiyadan, Ukraynadan, Gürcüstandan alimlər iştirak edəcəkdir. Tələbə və magistrlərin bu konfransda iştirakı vacibdir.
2016-cı ildə Gəncə şəhəri “Avropa paytaxtı” seçilmişdir. Tələbələrimiz bu layihədə ilə bağlı tədbirlərdə iştirakını təmin etmək.