Botanika kafedrası

Botanika kafedrası Gəncə Dövlət Universitetinin Kimya-biologiya müəllimliyi, Biologiya müəllimliyi və Biologiya ixtisasları üzrə kadrların hazırlanması və Azərbaycanın qərb zonasının bitki örtüyünün tədqiqi ilə məşğul olan fundamental kafedralarından biridir. Kafedra 84 ilə yaxın dövr ərzində çətin, şərəfli inkişaf yolu keçərək, Respublikanın biologiya təmayüllü Ali məktəb kafedaraları arasında yeri və mövqeyi olan kafedralardan birinə çevrilmişdir.
Azərbaycan Xalq Komisarlar Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabad şəhərində (indiki Gəncə şəhəri) ikiillik Müəllimlər institutu yaradılmışdır. Bu təhsil ocağı fəaliyyətə başladığı dövrdə iki fakültədən biri «Təbiyyat» fakültəsi olmuşdur. Burada botanika ixtisası da daxil olmaqla bütün fənlər «Təbiyyətşünaslıq» kafedrasında cəmlənmişdir. 1939-cu ildə ixtisas fənni olaraq müstəqil Botanika kafedrası yaradılır. Bu dövrdə kafedrada cəmi 2 müəllim – Ələkbər Quliyev (kafedra müdiri) və Məmməd Abbasov əvəzçiliklə işləyirdi.
İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar tələbə kontingentinin azalması ilə bir sıra kafedralar birləşdirilir. 1942-ci ildə «Təbiyyətşünaslıq» kafedrası yenidən təşkil olunur. Dos.Qasım Qəmbəroğlu kafedraya əvəzçiliklə müdir təyin edilir. 1943-cü ildə ikiillik Müəllimlər institutunun əsasında H.Zərdabi adına Kirovabad Dövlət Pelaqoji İnstitutu (indiki GDU) yaradılır və «Təbiyyətşünaslıq» kafedrasının ixtisaslı müəllimlərlə təmin olunması bir vəzifə kimi qarşıya qoyulur və yenidən müstəqil Botanika kafedrası yaranır. Kafedraya Səlimə Osmanzadə müdir təyin olunur və o bu vəzifədə 1945-1948-ci illərdə işləyir. S.Osmanzadə həm müəllim, həm də təşkilatçı kimi kafedranın maddi texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, ixtisaslı müəllim kadrlarının seçilməsi sahəsində kafedraya vicdanla köməklik göstərir.
Müharibədən sonrakı ilk quruculuq dövründə ildən-ilə kafedra üzvlərinin sayı artır, dərəcəli müəllimlər çoxalır. 1947-1948-ci tədris ilində kafedrada 3 nəfər elmi dərəcəli müəllim işləmişdir. (S.Osmanzadə, Q.Qəmbəroğlu, Mirəli Axundov). Bir il sonra «Botanika və zoologiya» adlanan kafedra üzvlərinin sayı 7 nəfərə çatır. 1949-1950-ci tədris ilində yenidən sərbəst «Botanika» kafedrası yaradılır. 1947-1950-ci ildə kafedraya dos. (sonradan akademik) Ə.Quliyev rəhbərlik edir.
1951-1952-ci tədris ilində kafedranın tərkibi dəyişilir. Kafedraya tanınmış mütəxəssislər gəlməklə, tədris və elmi işlərin səviyyəsi nəzərə carpacaq dərəcədə yüksəlir. Biologiya elmləri doktoru, professor (sonradan akademik) Validə Tutayukun (1950-1952), kənd təsərrüfatı elmləri doktoru, professor Dövlət mükafatı laureatı Mirzə Sadıqovun (1952-1955) kafedraya başçılıq etmələri kafedranın tədris və elmi işlərinə öz müsbət təsirini göstərmişdir.
1955–ci ildən etibarən biologiya elmləri namizədi Cəlal Bağırov və dosent Cavid Babayevin ştata gəlmələri ilə kafedra əvzçiliklə işləyən müdirlərdən azad olunur. 1955-ci ilin sentyabrından 1956-cı ilin aprelinədək kafedra müdirliyi vəzifəsini b.e.n. C.Bağırov aparır. 1956-cı ilin aprelindən 1958-ci ilin sonuna kimi həmin vəzifədə C.Babayev çalışır.
1959-1960-cı tədris ilində «Botanika» kafedrasında kənd təsərrüfatı əsasları fənnlərinin və onların ümumi saatlarının artması hesabına kafedra əsasında «Botanika» və «Kənd təsərrüfatı əsasları» kafedraları təşkil olunur. Prof.M.Sadıqov «Kənd təsərrüfatı əsasları» kafedrasının müdiri, «Botanika» kafedrasına biologiya elmləri namizədi Tofiq Qazıyev seçilir. Kafedra müdiri vəzifəsini dos. Abbas Həsənovun (1971-1973-cü illərdə) icra etməsini nəzərə almasaq, biologiya elmləri doktoru, professor T.Qazıyev 1959-1990-cı illərdə 30 ilə yaxın kafedraya rəhbərlik etmişdir. Prof.T.Qazıyevin kafedraya rəhbərlik etdiyi illərdə kafedra yüksək ixtisaslı müəllim və elmi kadrların hazırlanmasında böyük işlər görülmüşdür. Prof.T.Qazıyevin rəhbərliyi ilə Z.Quliyev, V.Həsənov, M.Abbasov, M.Seyidov, R.Heydərov namizədlik dissertasiyaları müdafiə etmişlər. Pedaqoji institutlar üçün hazırlanmış ilk “Bitki fiziologiyası» dərsliyinin müəllifi də prof.T.Qazıyev olmuşdur.
1965-1975-ci illərdə Botanika kafedrasında görkəmli botanik biologiya elmləri doktoru, professor Rza Rzazadə işləmişdir. Həmin dövrü kafedranın herbari fondunun zənginləşməsi, elmi ekspedisiyaların fəaliyyətinin bərpa olunması, tələbələrin botanika istiqamətində elmi tədqiqat işlərinə meylinin artması dövrü adlandırıla bilər.
Botanika kafedrasında uzun müddət işləmiş və dünyasını dəyişmiş prof.Tofiq Qazıyev, prof.Rza Rzazadə, dos.Abbas Həsənov, dos.Həmid Abdullayev, b/m.Ayşə Abdullayeva, b/m.Yaqut İsmayılova kimi pedaqoqların əməyi unudulmazdır.
Sonrakı illərdə kafedranın yetişdirmələri b.e.n., fəxri professor Mirzə Həsənov (1990-1996), b.e.n.,dos.Razim Heydərov (1996-2001), b.e.n.dos.Zilxumar İsmayılova (2001-2006) kafedraya rəhbərlik etmişlər. Onlar kafedranın ənənələrini davam etdirərək öz vəzifələrini ləyaqətlə yerinə yetirmişlər.
2006-cı ilin aprel ayından kafedranın yetişdirməsi biologiya elmləri doktoru, professor Vaqif Novruzov Botanika kafedrasına rəhbərlik edir.
Botanika kafedrasının əməkdaşları “Azərbaycanın qərb bölgəsinin bitki örtüyü və genofondun mühafizəsi” problemi üzrə elmi-tədqiqat işlərini davam etdirirlər. Elmi-tədqiqatların nəticələri Universitetin, AMEA-nın «Xəbərləri» və «Məruzələri», AMEA Botanika İnstitunun Elmi əsərləri və bir şox xarici jurnallarda çap olunub. Kafedra əməkdaşlarının 300-dən çox dərs vəsaiti, metodik vəsait və elmi məqalələri çap olunmuşdur.
Tələbələr elmi-tədqiqat işlərinə cəlb olunmuşdur. 2020-2023-cü illərdə 30 nəfər tələbə və magistrlər konfranslarda çıxış edərək elmi məqalələri çap olunmuşdur.
Hazırda kafedrada müəllimlik sənətinin sirlərinə bələd olan 18 nəfər işgüzar professor-müəllim kollektivi çalışır. Onlardan 1 nəfər AMEA-nın müxbir üzvü, kafedranın əsas tədris və elmi tədqiqat işlərinin ağırlığını üzərinə götürən prof.Vaqif Novruzov, 1 nəfər biologiya elmlər doktoru, prof.Aynur Bayramova, fəxri professor,dos.Mirzə Həsənov, dos.Zilxumar İsmayılova, dos. Afaq Qasımova, dos.Zərifə Tağıyeva, dos.Yeganə Aslanova, dos.Ramidə Quliyeva, a.ü.f.d.b/m Afaq Əliyeva, b/m.Fizuli Bayramov, b/m. Aynur Hüseynzadə, b/m.Rahilə Məmmədova, b/m.Elnarə Hüseynovadır.
Dos.Z.İsmayılova «Taxılların senopopulyasiyalarının» tədqiqi sahəsinddəki xidmətlərinə görə Amerika Bioqrafiya İnstitutu tərəfindən adı Beynəlxalq fəxri kitaba daxil olunmaqla, qızıl medala layiq görülmüş, 2001-2005-ci illərin «İşgüzar qadını» fəxri adı verilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə fəxri prof. M.Həsənov və dos.Z.M.İsmayılovaya “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür. Prof.V.S.Novruzova Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar elm xadimi» fəxri adı verilmişdir. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Kafedrada “Botanika” və “Bitki fiziologiyası”, “Mikologiya”, “Biokimya”, “Ekoloji biologiya”, “BTM” ixtisasları üzrə 100-ə qədər magistr təhsil almışdır. 4 elmlər doktoru, 5 fəlsəfə doktoru proqramları üzərində çalışırlar. Kafedra NDU, ADAU, BDU, ATU, Botanika İnstitutları üçün elmlər və fəlsəfə doktorları hazırlayır. Kafedra həmçinin M.V.Lomonosov adına MDU, Rusiya EA Botanika İnstitutu (Sankt-Peterburq), Ukrayna EA Botanika Institutu (Kiyev, Tartu Dövlət Universiteti (Estoniya), Upsala (İsveçrə), Kopenhagen (Danimarka), Mark Blok adına Strasburq (Fransa), İstanbul, Adana, Mərmərə, Anadolu, Bartın, (Türkiyə), Hohenheym (Almaniya) Avstriya (Vienna), Tuscia (Viterbo), Frei (Almaniya) Universitetləri ilə elmi əməkdaşlıq əlaqələrini davam etdirir. Kafedrada 18 nəfər professor-müəllim, 6 nəfər tədris-köməkçi heyət calışır.
«Bioloji müxtəlifliyə dair Beynəlxalq Konvensiyaya» uyğun olaraq Azərbaycanda bioloji müxtəlifliyin mühafizəsi üçün akademik C.Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış «Milli strategiya» və Prezident İlham Əliyevin 24 mart 2006-cı il tarixli 1368 №-li sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət planı»na müvafiq olaraq Gəncə Dövlət Universitetinin Botanika kafedrasında professor-müəllim heyəti tərəfindən «Azərbaycanın qərb bölgədinin flora biolomüxtəlifliyi və genofondun mühafizəsi» problemi üzərində elmi tədqiqat işi aparırlar.
2006-cı ildən hal-hazıra qədər Azərbaycanın qərb bölgəsində təşkil olunmuş elmi ekspedisiyalarda professor-müəllim heyəti, magistr və tələbələr iştirak etmişlər.
Doktorant, dissertant, magistrlər, bakalavrlar və laborant texniki heyət ekspedisiyada iştirak etmişdir. Yığılmış materiallar əsasında kafedranın herbari fondu, tədris prosesi üçün canlı material xeyli zənginləşmişdir. Ekspedisiyanın elmi nəticələri coxcildli “Azərbaycan florası” və Azərbaycanın “Qırmızı kitabı”nın yeni nəşrlərinin tərtibində istifadə olunmuşdur. Kafedra əməkdaşları Azərbaycanın “Qırmızı kitabı”nın II (2013) və III (2023) nəşrlərinin tərtibində fəal iştirak etmişlər.

KAFEDRADA TƏDRİS OLUNAN FƏNNLƏR HAQQINDA MƏLUMAT
(BAKALAVR VƏ MAGİSTR AYRILIQDA)
Kafedrada tədris edilən əsas fənlər (bakalavr):
Bitki anatomiyası və morfologiyası
İbtidai bitkilər sistematikası
Ali bitkilər sistematikası
Bitki fiziologiyası
Mikrobiologiya və virusologiya
Torpaqşünaslıq
Mikologiya
Bitki ekologiyası
Fitosenologiya
Bitkilərin senopopulyasiyası
Enzimologiya
Entomologiya
Biomüxtəliflik
Dərman bitkiləri
Bitki ehtiyatları
Biotexnologiya
Kafedrada həmçinin magistr tədris proqramında nəzərdə tutulan müxtəlif fənnlər tədris olunur:
Biokimya
AMMEF Ümumi biologiya
Biokimyanın müasir problemləri
Bitki mənşəli bioloji aktiv maddələr
Bitkilərin biokimyası
Hüceyrə mühəndisliyi
Biokimyanın tarixi və metodologiyası
Bitki fiziologiyası
AMMEF (Ümumi fiziologiya)
Bitki fiziologiyasının müasir problemləri
Bitkilərin tarixi və metodologiyası
Bitkilərin eksperimental faktorluğa davamlığı
Bitkilərin su rejimi
Bitkilərin tənəffüsü Bitkilərin tənəffüsü
Botanika
AMMEF (Bitki sistematikası)
Azərbaycan florası
Botanikanın tarixi və metodologiyası
Embriologiya
Botanikanın müasir problemləri
Dekorativ bağçılıq
BTM
AMMEF (Botanika)
Biologiyanin tədrisi metodikasinin müasir problemləri
Botanika kursunda dərman bitkilərinin öyrədilməsi metodikasi
Botanikanin tədrisi metodikasi
Ekoloji biologiya
S/f. Bitkilərin senopopulyasiyası
AMMEF (Bioloji ekologiyanın əsasları)
Bioindikassiya və ekoloji monitorinq
Biologiyanın müasir problemləri
Botanikanın tarixi və metodologiyası
Biotexnologiya
Mikologiya
AMMEF (Ümumi mikologiya)
Göbələklərin müasir təsnifatı
Mikologiyanın tarixi və metodologiyası
Mikologiyanın müasir problemləri
Tətbiqi mikologiya
Texniki mikologiya

KAFEDRA ƏMƏKDAŞLARININ SİYAHISI
1.AMEA-nın müxbir üzvü professor Vaqif Novruzov Seyfəddin o.
2.Professor Aynur Bayramova Akif q.
3.Fəxri professor Mirzə Həsənov İsmayıl o.
4.Dosent Zilxumar İsmayılova Məmməd q.
5.Dosent Afaq Qasımova Qulam q.
6.Dosent Zərifə Tağıyeva İbrahim q.
7.Dosent Yeganə Aslanova Azad q.
8.Dosent Rəmidə Quliyeva Zahid q.
9.Dosent Afaq Əliyeva Ələsgər q.
10.Aqrar elmləri üzrə fəlsəfə doktoru Elnarə Hüseynova Əliş q.
11.Biologiya elmləri üzrə fəlsəfə doktoru Səbinə Axundova Telman q.
12.Baş müəllim Aynur Hüseynzadə Siyavuş q.
13.Baş müəllim Rahilə Məmmədova Müseyib q.
14.Müəllim Gülnara Quliyeva Müzəffər q.
15.Müəllim Fidan İsayeva Mehir q.
16.Müəllim Elanora Cavadova Fərhad q.
17.Müəllim Leyla Quliyeva Namiq q.
18.Müəllim Nərgiz Fətəliyeva Qəmbər q.

KAFEDRANIN TƏDRİS KÖMƏKÇİ HEYƏTİ HAQQINDA MƏLUMAT
1.Laboratoriya müdiri Gülşəndə Ənnağıyeva Tapdıq q.
2.Böyük laborant Məlahət Ramazanova Rafiq q.
3.Böyük laborant Aygün Qədimova Şirin q.
4.Laborant Aytəkin Qurbanova Maqbet q.
5.Laborant Asiman Həsənova Habil q.
6.Preparator Kəbinə Məmmədova Məzahir q.