QISA BİOQRAFİK MƏLUMAT
9 may 1948-ci ildə Azərbaycan Respublikası Goranboy rayonunun Nizami kəndində ziyalı ailəsində anadan olmuşdur.
11 illik təhsili Goranboy rayonu Xoylu kəndində bitirmişdir. 1966-cı ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) kimya kafedrasına daxil olaraq 1971-ci ildə oranı bitirmişdir.
1971-1977-ci illərdə Goranboy rayonu Borsunlu kənd orta məktəbində kimya müəllimi işləmişdir. 1986-90-cı illərdə Azərbaycan Elmlər Akademiyası Xlor üzvi sintez İnstitutunun dissertantı olub və 1990-cı ildə “Funksional əvəzolunmuş enin və diin sırası birləşmələrinintsiklik dienlərlə dien kondensləşməsi” mövzusunda dissertasiyamüdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2002-ci ildən dosentdir.
İŞ TƏCRÜBƏSİ
1971-1977-ci ilin sentyabr ayına qədər Goranboy rayon Borsunlu kənd orta məktəbində işləmişdir. 1977-ci ilin mart ayından 1986-cı ilin mart ayına qədər Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunda Kimya tədrisi metodika kabinetinin müdiri, 1986-2005-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş laborant, laboratoriya müdiri, assistent, baş müəllim, dosent vəzifələrində işləmişdir.
2005-ci ildən hal-hazıra kimi Gəncə Dövlət Universitetinin kimya kafedrasında dosent vəzifəsində çalışır.
Elmi fəaliyyəti:
Funksional əvəz olunmuş enin və diin sırası birləşmələrinin istiqamətində tədqiqat işi aparmışdır. Bundan başqa tədris-metodiki sahədə bir sıra dərs vəsaiti, metodiki göstəriş, fənn proqramları, Təhsil Nazirliyinin qrifi ilə nəşr etdirilmişdir. Fəaliyyəti dövründə 90-dan çox elmi əsəri dərc olunmuşdur.
Pedaqoji fəaliyyəti:
Pedaqoji fəaliyyətə 1971-ci ildən Goranboy rayonu Borsunlu kənd orta məktəbində müəllim, daha sonra Gəncə zona Müəllimləri Təkmilləşdirmə İnstitutunda , 1986-2005-ci ildən isə GDU-nun kimya kafedrasında dosent vəzifəsində davam etdirir.
Pedaqoji fəaliyyəti dövründə Ali məktəbdə, işlədiyi dövrdə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanına” və Universitetin bir neçə “Təşəkkür”lərinə layiq görülmüşdür.
ELMİ FƏALİYYƏTDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR:
Elmi istiqamətin əsasını funksional əvəz olunmuş enin və diin sırası birləşmələrinin tsiklik dienlərlə dien kondensləşməsi əsasında alınan, xlorlu, bromlu və s.tərkibli birləşmələrin bakteriosid xassələrinin tətbiqinin öyrənilməsi olmuşdur. Fəaliyyəti dövründə aparılan tədqiqat işlərinin nəticələri bir-“müəlliflik şəhadətnaməsi” və onlarca elmi məqalələrdə öz əksini tapmışdır.
Ən mühüm elmi nəticələrin məzmunu çap olunduğu jurnal və onun yeri, tətbiqi, elmi yeniliyi və praktik əhəmiyyəti aşağıdakı məqalələrdə öz əksini tapmışdır.
1. «Сополимеры двуокиси серы с аллиловыми эфирами карбоновых кислот и их хлор с бромпроизводными в качестве позитивного электронорезиста с улучщенной адгезией к подложке и низкой микродсфектностью» Авторское свидетельство №1249919.
2. Диеновая конденсация Тетрахлор бензохинона с несопряженными диенами Азерб. хим.ж. 1988, №4.
3. Синтез 4,8-диоксаундекан -1-ин-10-ола-6 и некоторых производных Азерв. ХИМЖ. 1988 №5
4. Стабилизация хлорилованных углеводородов ДЕП. ОНИИТЕХИМ. 1906.90 № 439-XII90.
5. Dien sintezi əsasında alınan xlorlu bakteriosid maddələrin sintezi və tədqiqi
AMEA. Gəncə bölməsi “Xəbərlər məcmuəsi” Gəncə,2000-ci il №3.
BEYNƏLXALQ ELMİ KONFRANSLARDA, SİMPOZİUM VƏ QURULTAYLARDA İŞTİRAKÇILIQ (KONFRANSLARIN ADI, MƏRKƏZLƏRIN ADI, YERİ VƏ S.)
1. Гидросиллирование 5-метил[4-метил-(2,2 эпокси)пентен-4] Бицикло(2,2,1)-Гептана-2 «IV-Всесоюзная Конференция строен. и реакционная способность кремний органических соединений. Иркутск 1989, стр 236
2.Диеновая конденсация диметил-винил-етинил карбинол с метил – диенами «Материалы научно исследовательских работ по проблемам Западного Региона Азербайджана» Баку 1989
Bu göstərilənlərdən əlavə 7 metodik vəsait, 20 metodik məqalə, 1 dərs vəsaiti, 1 müəlliflik şəhadətnaməsi, 51 elmi məqalə, 7 tədris proqramı vardır.
İCTİMAİ HƏYATDA İŞTİRAKÇILIQ:
2014-cü ilin oktyabrlnda “Mövlanə” proqramı əsasında Türkiyənin Elazi şəhərinin Firat Universitetində olmuş, orada kimya fənninin tədrisi ilə bağlı fikir mübadıləsi aparmışdır. Fakültə Elmi şurasının, mənitorinq qrupunun və əmək intizamının yoxlanılması üzrə Komissiyanın üzvüdür, semestr və Dövlət imtahanları Appelyasiya Komissiyasının sədridir.
2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.