Aylıq Arxiv: Oktyabr 2017

Ekologiya mühəndisliyinin I kursunda baş müəllim Xəlil Seyfəddin oğlu Musayevin Fizika fənnindən “Müxtəlif mühitlərdə elektrik cərəyanı” adlı açıq dərsi keçirilmişdir.

Müəllimin mühazirəyə aid bütün sənədləri var idi: qrifli proqramı, mühazirə mətni, kafedra müdiri tərəfindən təsdiq olunmuş sillabusu, mətnə aid slaydı və s. Əvvəlcə mühazirənin planını, istifadə olunmuş ədəbiyyatların siyahısı tələbələrə çatdırdı. Plan və slayddan istifadə etməklə mühazirəni dedi. Mühazirənin gedişində tələbələri düşündürən sualları cavablandırdı. Mövzu vaxtında yekunlaşdırıldı. Əlavə ədəbiyyatlardan istifadə üçün müəllim tapşırıq verdi.  

Davamı

Ümumdünya müəllimlər günü!

Ümumdünya müəllimlər günü Universitetimizdə təntənəli (5 oktyabr 2017-ci il tarixdə) şəkildə qeyd olundu. Rektor professor Y.Ə.Yusibov bütün müəllimləri təbrik etdi, işlərində uğurlar arzuladı. Fakültəmizin bir qrup müəllimləri mükafatlandırıldı. O cümlədən təqaüdə gedənlərdən dosent Muradova Nabat Cəfər qızı, baş müəllim Seyidova Solmaz Seyidqasım qızı, baş müəllim Əhmədova Svetlana Əliağa qızı və kimya elmləri üzrə fəlsəfə doktoru […]

Davamı

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Abdullayeva Lalə Rəşid qızının açıq dərsi

Laborator məşğələsinə müəllim əvvəlcədən yaxşı hazırlıq işi görmüşdü. Məşğələni “İnteraktiv” üsulla keçdi. Tələbələr mövcud əyani vəsaitlər, mühazirədə əldə etdikləri biliklər əsasında xüsusi fəallıq göstərdi. Mövzuda qarşıya qoyulan problemləri öyrəndi. Bu cür qazanılan biliklər uzun müddət yadda qalır. Açıq dərsdə iştirak edənlərin iştirakı ilə işgüzar müzakirə aparıldı. Metodiki məsləhətləşmələr müzakirənin dəyərini daha da yaxşılaşdırdı.

Davamı

Botanika kafedrasının əməkdaşları Beynəlxalq seminarda

Gəncə Şəhəri İcra Hakimiyyətinin tapşırığı ilə Botanika kafedrasının dosenti Aynur Bayramova və kafedranın müəllimi b.ü.f.d. Rəmidə Quliyeva 01.10.2017-ci il tarixdə MDB ölkələrinin gənc alimlərinin Beynəlxalq seminarında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində Düşənbə şəhərinə getmişlər. 1-7 oktyabr 2017-ci il tarixlərdə Varzob dağ-botanika stansiyası bazasında (Kondara) keçirilən Beynəlxalq seminar Bioloji müxtəlifliyin öyrənilməsinə həsr olunmuşdur. Beynəlxalq seminarda […]

Davamı