Botanika klafedrasının baş müəllimi b.ü.f.d. Yeganə Aslanovanın açıq dərsi.

Gəncə Dövlət Universitetinin Botanika kafedrasının baş müəllimi biologiya üzrə fəlsəfə doktoru Aslanova Yeganə Azad qızının Kimya-biologiya müəllimliyi I kurs tələbələrinə Sitologiya fənnindən “Mitoz mexanizmi və onun sitoloji əsasları“ mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Biologiya-kimya fakültəsinin monitorinq qrupunun üzvü dos. M. Vəliyev, fakültənin dekanı dos. İ.Alverdiyev, kafedranın müdiri prof. V. Novruzov, dos. Z.İsmayılova, b.ü.f.d. R.Quliyeva, b/m. R.Məmmədova iştirak etmişlər.
Dərsdə müasir təlim texnologiyalarından və internet saytlarından istifadə edilmişdir. Dərs yekunda “əla” qiymətləndirilmişdir.