BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI NÖVBƏTİ ELMİ EKSPEDİSİYADA.


02.04.2017-ci il tarixdə Gəncə Dövlət Universiteti Botanika kafedrasının professor-müəllim heyəti, doktorant və dissertantları Korçay Dövlət Təbiət qoruğunda elmi ekspedisiyada olublar.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır. Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır.
Ekspedisiyanın məqsədi Sərəncamla əlaqədar Universitet qarşısında duran vəzifələr, qoruqla Universitet arasında bağlanmış elmi müqavilə, doktorant və dissertantların elmi-tədqiqat mövzularının icrası olmuşdur. Ekspedisiyada prof. V.Novruzov, dos. Z.İsmayılova, dos. A.Bayramova, fəlsəfə doktorları Y.Aslanova, Z.Tağıyeva, R.Quliyeva, dissertant və doktorantlar F.İsayeva, G.Quliyeva, Ü.Bayramova, E.Cavadova, F.Mustafayev və qoruğun əməkdaşları iştirak etmişlər. Ekspedisiya müddətində səhra, yarımsəhra, çala-çəmən, su-bataqlıq, firqana, kserofit kolluqlar, çay yataqlarının floristik kompleksləri üzərində müşahidələr aparılmışdır. Genofondun qorunması üçün əlavə tədbirlərin hazırlanması müzakirə edilmişdir.