“Bitki senopopulyasiyasının əsasları” adlı yeni dərslik nəşr olundu.

Bu günlərdə AMEA Elm nəşriyyatı Gəncə Dövlət Universiteti Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof.Vaqif Novruzov və dos.Zilxumar İsmayılovanın “Bitki senopopulyasiyasının  əsasları” adlı dərsliyi kütləvi tiracla çapdan çıxmışdır. Dərslikdə biomüxtəliflik və onun qorunması problemi, bitki senopopulyasiyası anlayışı təhlil olunur. Bitki senopopulyasiyasının quruluşu və dinamikası haqqında müasir məlumatlar verilir; faktik materiallar əsasında bitkilərin populyasiya biologiyası haqqında əsas konsepsiyalar şəhr olunur. Populyasiya elementləri və onların differensiyası; bitkilərdə senopopulyasiyalarınözünübərpası; bitkilərdə strategiya tipləri senopopulyasiya parametrlərinə ekoloji amillərin təsiri şəhr olunur.Dərslik universitetlərin biologiya fakültələrinin bakalavr və magistr səviyyələri, müəllim və tələbələr, botaniklər, fittosenoloqlar, ekoloqlar, meşəçilər üçün üçün nəzərdə tutulmuşdur.

Dərslik Azərbaycan  Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyeva və Heydər  Əliyev Fondunun Vitse-Prezidenti Leyla  Əliyevanın    Xan bağında Gəncə Dövlət Universitetinin alimləri ilə görüşünə ithaf olunur.