Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti, b.ü.f.d. İsgəndərova Tünzalə Həsən qızının Ekologiya mühəndisliyi ixtisasının III kursunda “Texnogen ekoloji qəzalar zamanı ətraf mühitin radioaktiv çirklənməsi” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova, kafedranın müəllimləri- dos.əvəzi zabitə Ələkbərova, b/m. Sevda İbrahimova və b/m. Natiqə İsmayılzadə iştirak etmişlər. Tünzalə müəllimə keçən dərsdən sual-cavab aparmaqla dərsə başladı. Yeni dərsi plan əsasında sona qədər izah etdi. Dərsin gedişatı zamanı yerli-yerində slaydlar nümayiş etdirdi.