Biologiya-kimya fakültəsində “Xocalı soyqırımı” ilə bağlı tədbir keçirildi

Tədbirdə universitetin Humanitar məsələləri üzrə prorektoru Gülsüm Fətəliyeva Xocalı faciəsi haqqında çıxış edərək bildirdi ki, bu faciə xalqımızın tarixinə yazılmış ən ağrılı, acılı, unudulmaz bir gündür. Çünki bu tarixdə günahsız insanların vəhşicəsinə öldürülməsi, amansızcasına qırılması, insanlığa edilən ən böyük zülm və haqsızlıqdır. Xocalıdan sağ qalan sakinlərin də bu faciə haqqında çıxışları dinləyənləri qəhərə boğdu.