Xocalı soyqırımı-1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edilmişdir. Bu zaman etnik azərbaycanlılara qarşı soyqırım baş verdi. Xocalıda dinc əhaliyə zülm edildi, qadınlar girov saxlanıldı. Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilirdi.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil .