BEYNƏLXALQ KONFRANSIN BÖLMƏ İCLASLARI

7 may 2021-ci il tarıxdə Join Zoom Meeting platforması üzrə Ümummilli Lider Heydər Əliyevin 98 illik yubileyinə həsr edilmiş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” adlı Beynəlxalq konfransın bölmə iclasları keçirilmişdir. Kimya və bilogiya bölməsində Respublikanın Universitetləri, AMEA-nın  İnstitutları, Türkiyə, Özbəkistan, Dağıstan Universitetlərindən 100-dən çox alimqoşulmuşdur.

AMEA-nın müxbir üzvü, prof.Vaqif Novruzovun sədrliyi ilə keçən Biologiya bölməsində Dağıstan Dövlət Universitetinin dosenti Mədinə Maqomedova, Azərbaycan Tibb Universitetinin professoru Ramin Həsənov, Gəncə Dövlət Universitetinin kafedra müdirləri prof.Sevda Əhmədova, prof.Vəfa Məmmədova, dosentlərdən Yeganə Aslanova, Elfira Ağayeva, Afaq Əliyeva, Ramidə Quliyeva və digər əməkdaşların məruzələri maraqla dinlənilmişdir.