20-21 may tarixlərində AMEA Biologiya və Tibb elmləri bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi,bu günü və gələcəyi” mövzusunda konfrans keçirilmişdir.
Konfransın açılışında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyev, Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova,vitse-prezident akademik İsa Həbibbəyli, plenar iclaslarda Akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, b.e.d. Aydın Əsgərov, bölmə iclaslarında b.ü.f.d. Ramidə Quliyeva çıxış etmişlər.Konfransın gündəliyinə problemə dair 118 mövzu daxil edilmişdir. Bütün elm sahələrində elmi tədqiqat işlərinin Qarabağla əlaqələndirilməsi məqsədəuyğun hesab edilmişdir.
Respublikanın əksər Dövlət və özəl qurumlarının təmsil olunduğu Konfransda Gəncə Dövlət Universitetinin bu sahədəki fəaliyyətinin təqdirə layiq olduğu göstərilmişdir.
Konfransın əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.