Biologiya-kimya fakültəsində dekan və kafedra müdirlərinin seçkiləri keçirilmişdir.

Azərbaycan müəllimi qəzetinin 09.04.2016-cı il tarixli nömrəsində dərc edilmiş elana əsasən 17.05.2016-cı il tarixdə “Biologiya-kimya” fakültəsinə dekan və “Botanika”. “Anatomiya, fiziologiya və zoologiya” kafedralarına kafedra müdiri seçilməsi üçün adı çəkilən yerlərə təlimata uyğun ərizə ilə müraciət edən iddiaçıların elmi pedaqoji, təşkilatçılıq sahəsindəki fəaliyyətlərinin ixtisas kafedralarında müzakirəsi aparıldı.
Fakültədə fəaliyyət göstərən bütün ixtisas kafedralarında dosent Alverdiyev İsfəndiyar Cavid oğlunun dekan, “Botanika” kafedrasına Əməkdar elm xadimi professor Novruzov Vaqif Seyfəddin oğlu kafedra müdiri, “Anatomiya, fiziologiya və zoologiya” kafedrasına dosent Vəfa Fərman qızı Məmmədovanın kafedra müdiri kimi görmələri haqqında qərar qəbul etdi. Rəsmiləşdirməyə təqdim etmək üçün müsabiqə komissiyasının işgüzar müzakirə aparması ixtisas kafedralarının kollektivləri adından xahiş olundu.