açıq dərs

Kimya kafedrasının müəllimi Rəhimova İlahə Nadir qızının Kimya və biologiya müəllimliyi ixtisasının III kursunda Üzvi kimya-2 fənindən “Benzoy turşusu və xassələri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan k.e.d. İ.Alverdiyev, tədris işləri üzrə dekan müavini fəxri prof.M.Həsənov, kafedra müdiri dos.A.Məmmədova və kafedra əməkdaşları iştirak etdilər.

Açıq dərsdə müəllim əvvəlcə tələbələrə mövzuya aid suallar verməklə nəzəri bilikləri yoxladı. Sonra benzoy turşusunun toluoldan alınması reaksiyası qısamüddətli videoçarx şəklində nümayiş etdirildi.

Müəllim İlahə Rəhimova tələbələri qruplara bölərək benzoy turşusunun bəzi fiziki, kimyəvi xassələrini təcrübi olaraq yerinə yetirməyi, baş verən reaksiyaları yazı taxtasında yazmalarını tapşırdı.Tələbələr benzoy turşusunun soyuq və isti suda həll olması, aqreqat halı, sublimasiyasını (“Qış bağı” reaksiyasının) təhlükəsizlik qaydalarına əməl edərək yerinə yetirdilər.

Dərsin sonunda təcrübələrdən alınmış nəticələr müəllimin tələbi ilə laborotoriya dəftərlərinə qeyd edildi.

Ümumilikdə laborotoriya dərsi həm praktiki həm də nəzəri olaraq yüksək səviyyədə yerinə yetirildi.