Kimya kafedrasının baş müəllimi k.ü.f.d. Vüsalə Akif qızı Abbasovanın Kimya mühəndisliyi ixtisasının I kurs tələbələrinə Ümumi kimya-2 fənnindən “VI A Qrup elementləri. Oksigen, ozon və hidrogen peroksid” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri dosent A.Məmmədova, b/m.A.Zeynalova, b/m.Y.Hacıyev, müəl.İ.Tağızadə iştirak etdilər. Vüsalə müəllimə mövzuya aid son illərin elmi yeniliklərinin daxil edildiyi çoxsaylı slaydlar nümayiş etdirdi. Dərsdə VI qrup elementlərinin ümumi xarakteristikası, tətbiq sahələri, alınma üsulları, fiziki və kimyəvi xassələrinə aid geniş məlumat verildi. Açıq dərs fənn müəllimi tərəfindən mövzunun mənimsənilməsinin yoxlanılmasına aid hazırlanmış test tapşırıqlarının cavablandırılması ilə yekunlaşdı.