Aylıq Arxiv: May 2017

Botanika kafedrası əməkdaşlarının növbəti çöl tədqiqatları.

Universitetin tematik planına uyğun olaraq “Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi və genefondun mühafizəsi” problemi üzrə elmi tədqiqat işlərinin aparılması məqsədi ilə 25.05.2017-ci il tarixdə botanika kafedrasının professor – müəllim, doktorant, dissertant və tədris – köməkçi heyyətinin iştirakı ilə (26 nəfər) Gəncə-Şəmkir-Gədəbəy marşrutu üzrə marşrut və stasionar tədqiqatlar aparılmışdır. Gədəbəy rayonunun Çənlibel massivi bioloji […]

Davamı

Professor Vaqif Novruzova təbriklər davam edir.

Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov fakültəmizin botanik kafedrasının müdiri, professor Vaqif Novruzova təbrik məktubu göndərmişdir. Məktubda aşağıdakı təbrik sözləri qeyd edilmişdir. Hörmətli Vaqif müəllim! Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilməyiniz münasibətilə Sizi Bakı Dövlət Universitetinin bütün kollektivi adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Siz məhsuldar elmi fəaliyyətinizi uğurla davam etdirəcək, botanika […]

Davamı

Magistrımızın uğuru.

11.05.2017-12.05.2017ci il tarixlərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olunmasına həsr olunmuş “Magistrantların XVII Respublika elmi konfransi” kecirilmişdir. Konfransda Universitetin Botanika kafedrasının magistrı Əliyeva Natella Məmməd qızı “Gəncə-Qazax bölgəsinin bəzi efir yağlı bitkilərinin biologiyası” mövzusunda çıxış edərək II yerə layiq görülmüşdür.

Davamı

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızının laborator məşğələsi.

15.05.2017-ci il tarixdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızının “Mərkəzi sinir sistemi” fənnindən biologiya müəllimliyi ixtisasının V kurs (qiyabi) tələbələri ilə “Onurğa beyni reflekslərinin müşahidəsi” mövzusunda laborator məşğələsi keçirildi. Məşğələdə spinal qurbağa üzərində durulaşdırılmış sulfat turşusu məhlulundan istifadə edərək bükmə və silmə reflekslərini müşahidəsi aparıldı. Məşğələdə kafedranın əməkdaşlarından baş müəllim Kifayət […]

Davamı

TƏBRİK EDİRİK!

Botanika kafedrasının müəllimi Abbasova Tamara Yuriy qızına Azərbaycan Respublikası Yanında Ali Atestasiya Komissiyasının 16 mart 2017-ci il tarixli (protokol №6-k) qərarı ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Bu münasibətlə Gəncə Dövlət Universitetinin Elmi şurasında Tədris işləri üzrə prorektor Fəxrəddin Məmmədov onu təbrik etmiş, nailiyyətlərinin daimi olmasını arzu etmişdir.

Davamı

TƏBRİK EDİRİK!

Botanika kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Novruzov Vaqif Seyfəddin oğlu AMEA-nın müxbir üzvü seçilmişdir. Bu münasibətlə Vaqif müəllimi Şəhərimizin İcra başcısı Elmar Vəliyev universitetimiz tərəfindən təşkil olunmuş Beynəlxalq konfransda təbrik etmiş və ona iş həyatında uğurlar arzulamışdır. Bununla yanaşı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru İ.M.Hüseynova və kollektivi Vaqif müəllimə təbrik məktubu göndərmişdir. […]

Davamı

Botanika kafedrasının dosenti A.A.Bayramovanın açıq dərsi keçirilmişdir.

Botanika kafedrasının dosenti Aynur Akif qızı Bayramovanın “İbtidai bitkilər” fənnindən “Ali göbələklər” mövzusunda biologiya və biologiya müəllimliyi ixtisasları üzrə açıq dərsi keçirilmişdir. Dərsdə ali göbələklərin sinifləri, çoxalması, təbiətdə yayılması və təsərrüfat əhəmiyyəti haqqında geniş məlumat verilmişdir. Açıq dərsdə Botanika kafedrasının müdiri, prof. Vaqif Novruzov, dos. Mirzə Həsənov, dos. Məhəmmədiyyə Qazıyev, Fakültə üzrə açıq dərslərə nəzarət komitəsinin […]

Davamı

Arifə Bahəddin qızı Əliyevanın açıq dərsi keçirildi.

08.05.2017-ci il tarixdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Arifə Bahəddin qızı Əliyevanın “Kəlləsizlər və anamnilər” fənnindən “Suda-quruda yaşayanlar. Göl qurbağasının quruluşu” mövzusunda kimya və biologiya ixtisası I kurs tələbələri ilə açıq dərsi keçirildi.  Dərsin gedişində suda-quruda yaşayanların səciyyəvi əlamətlərindən, yaşadıqları mühitə uyğunlaşmalarından, çoxalma xüsusiyyətlərindən və b. geniş şəkildə bəhs edildi. Açıq dərsdə fakültə dekanı, […]

Davamı

UNİVERSİTET TƏRƏFİNDƏN TƏŞKİL OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS

04-05 may 2017-ci il tarixlərində Gəncə Dövlət Universiteti tərəfindən “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda keçirilən  beynəlxalq elmi konfransda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Fransa və İspaniyadan olan 150 nümayəndə iştirak etmişdir. İştirakçılar konfrans başlamazdan əvvəl ulu öndər Heydər […]

Davamı