Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov fakültəmizin botanik kafedrasının müdiri, professor Vaqif Novruzova təbrik məktubu göndərmişdir. Məktubda aşağıdakı təbrik sözləri qeyd edilmişdir.
Hörmətli Vaqif müəllim!
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilməyiniz münasibətilə Sizi Bakı Dövlət Universitetinin bütün kollektivi adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Siz məhsuldar elmi fəaliyyətinizi uğurla davam etdirəcək, botanika elminin inkişafına həmişəki kimi əvəzsiz töhfələr verəcək və böyük zəhmət hesabına qazandığınız bu yüksək adı şərəflə doğruldacaqsınız. Ümidvaram ki, müstəqilliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan ölkəmizin beynəlxalq nüfuzunu daim yüksəldən, onun müasir dövlətə çevrilməsini təmin edən möhtərəm Prezidentimiz İlham Əliyevin “İqtisadi potensialı insan kapitalına çevirmək” strategiyasının reallaşmasına yenə də öz dəstəyinizi verəcəksiniz.
Hörmətli Vaqif müəllim!
Bir daha Sizi bu mühüm hadisə münasibətlə təbrik edir, Azərbaycan dövlətinin, dövlətçiliyinin və elminin daha da inkişafı naminə Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram.