Universitetin tematik planına uyğun olaraq “Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi və genefondun mühafizəsi” problemi üzrə elmi tədqiqat işlərinin aparılması məqsədi ilə 25.05.2017-ci il tarixdə botanika kafedrasının professor – müəllim, doktorant, dissertant və tədris – köməkçi heyyətinin iştirakı ilə (26 nəfər) Gəncə-Şəmkir-Gədəbəy marşrutu üzrə marşrut və stasionar tədqiqatlar aparılmışdır.
Gədəbəy rayonunun Çənlibel massivi bioloji poliqon kimi ayrılaraq flora biomüxtəlifliyi, bitkiliyin müasir vəziyyəti, dinamikası öyrənilmiş, meşə, çəmən, bozqır fitosenozlarının təsnifatı verilmişdir. Həmçinin tədris üçün lazimi vəsait toplanmışdır. Hal-hazırda kafedrada toplanmış materiallar təhlil və təyin edilir.