Dosent Arifə Əliyevanın açıq dərsi keçirilmişdir.

31oktyabr 2016-cı il tarixdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Əliyeva Arifə Bahəddin qızının “Onurğasızlar zoologiyası” fənnindən “Yastı qurdların biologiyasi və törətdiyi parazitar xəstəliklər” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Universitetin Tədrisin təşkili və təlim texnologiyaları  üzrə prorekroru, dosent Fəxrəddin Məmmədov, Biologiya-kimya fakültəsinin dekanı, dosent İsfəndiyar Alverdiyev, tədris işləri üzrə dekan müavini Mirzə Həsənov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Botanika kafedrasının müdiri, əməkdar elm xadimi, professor  Vaqif Novruzov, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova, dosentlərdən  A. Bayramova, E.Ağayeva, baş müəllimlərdən  E.Hüseynova, L.Abdullayeva və şəhər ali və orta təhsil müəssisələrindən  dəvət olunmuş qonaqlardan   Əhməd Cavad adına 2 saylı tam orta məktəbdən biologiya müəllimi A.Cavadova, Məşədi Əzizbəyov adına 15 saylı tam orta məktəbdən biologiya müəllimi V. Nəbiyeva, Mirzə Abbaszadə Abbaszadə adına 20 saylı tam orta məktəbdən biologiya müəllimi V.Rüstəmov, Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdən A.Qurbanova iştirak etmişlər.

Dosent Arifə Əliyeva əyani vəsaitlərdən və interaktiv təlim metodlarından geniş şəkildə istifadə edərək iştirakçıların  diqqət və marağına səbəb oldu.  O. mövzunun mahiyyətini, aktuallığını, məqsədini inandırıcı şəkildə nümayiş etdirdi. Sonda isə verilən suallara ətraflı cavab verdi. Bu isə fikir mübadiləsi aparmaqla dərsin daha canlı keçməsinə və dinləyicilərin razı qalmasına imkan yaratdı.