Yeni Azərbaycan Partiyasına daxil olan tələbələrin vəsiqələrinin təqdimatı keçirildi.

01.11.2016-cı il tarixdə Biologiya-kimya fakültəsində, Yeni Azərbaycan Partiyasına daxil olan tələbələrin partiya vəsiqələrinin təqdimatı ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili, YAP-ın Gəncə Şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, YAP-ın GDU ərazi ilk partiya təşkilatının sədri, t.ü.f.d. dosent Cavid Bağırzadə, YAP-ın Gəncə Şəhər Təşkilatının təşkilati məsələlər şöbəsinin müdiri İsmayıl İsmayılov, GDU-nun Humanitar Məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, YAP-ın Gəncə Şəhər Təşkilatının statisyiki Nahidə Tanrıverdiyeva, YAP-ın Gəncə Şəhər Təşkilatının təlimatçısı Ayna Süleymanova və Yeni Gəncə qəzetinin müxbiri Cəmilə Kərimova iştirak etmişlər. Tədbirdə Biologiya-kimya fakültəsinin bir sıra tələbələrinə YAP-nın vəsiqələri təqdim edilmişdir. Tədbirdən sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünün qarşısında xatirə şəkli çəkdirmişlər.