Ekologiya mühəndisliyinin I kursunda baş müəllim Xəlil Seyfəddin oğlu Musayevin Fizika fənnindən “Müxtəlif mühitlərdə elektrik cərəyanı” adlı açıq dərsi keçirilmişdir.

IMG-20171011-WA0011

Müəllimin mühazirəyə aid bütün sənədləri var idi: qrifli proqramı, mühazirə mətni, kafedra müdiri tərəfindən təsdiq olunmuş sillabusu, mətnə aid slaydı və s. Əvvəlcə mühazirənin planını, istifadə olunmuş ədəbiyyatların siyahısı tələbələrə çatdırdı. Plan və slayddan istifadə etməklə mühazirəni dedi. Mühazirənin gedişində tələbələri düşündürən sualları cavablandırdı. Mövzu vaxtında yekunlaşdırıldı. Əlavə ədəbiyyatlardan istifadə üçün müəllim tapşırıq verdi.