Bu günlərdə Biologiya-kimya fakültəsinin seminar məşğələsi keçirilmişdir. Məşğələdə Düşənbə şəhərində keçirilmiş Beynəlxalq seminar iştirakçıları dos.A.Bayramova və b.ü.f.d.R.Quliyeva “Bioloji müxtəlifliyin qorunmasında Beynəlxalq təcrübənin rolu” mövzusunda məruzələri dinlənilmişdir. Seminar məşğələsində fakültə əməkdaşları və tələbələr iştirak etmişdir. Məruzə ətrafinda maraqlı müzakirə keçirilmişdir.