Müəllim E.Ə.Hüseynovanın açıq dərsi keçirildi.

  • Tendu 100%

26.04.2016–cı il tarixdə kafedranın müəllimi Elnarə Əliş qızı Hüseynovanın “Biologiya müəllimliyi” ixtisası üzrə əyani şöbənin IV kurs tələbələri ilə “Fotosintez” fənnindən “Bitkilərdə yarpaq sahəsinin ölçülməsi” mövzusunda apardığı laboratoriya üzrə açıq dərsi dinlənilmişdir. Açıq dərsdə Botanika kafedrasından prof V.Novruzov, dos.Z.İsmayılova, dos.A.Bayramova, dekanlığın nümayəndələri – dekan İ.Alverdiyev, dos.M.Həsənov, dos.M.Qazıyev və Universitet monitorinq qrupunun üzvü dos. T.İsmayılov iştirak edirdilər.
Laboratoriya əyani vəsaitlərdən istifadə edilməklə aparıldı. Laboratoriyada müəllim laborator məşğələni müvafiq ardıcıllıqla yerinə yetirdi. Yarpaq onun morfoloji quruluşu, yarpaqda gedən fizioloji biokimyəvi proseslər haqqında ətraflı məlumat verdi. Laboratoriyada yarpağın sahəsini ölçməklə bitkilərdə gedən fotosintez prosesi nəticəsində əmələ gələn üzvi maddələrin miqdarı və bitkinin məhsuldarlığı müəyyən olundu.
Ümumiyyətlə, müəllimə proqram əsasında müasir dərsə verilən tələblərdən istifadə edərək qarşısına qoyduğu məqsədə nail oldu.