1 dekabr 2017-ci il tarixdə Kimya kafedrasında rektorun müşaviri dos.Asif Cavadovun iştirakı ilə yeni kafedra müdiri Aynur Teyyub qızı Məmmədovanın təqdimatı oldu. A.Cavadov öz çıxışında qeyd etdi ki, hörmətli rektorumuz prof.Y.Yusibov cənab prezidentimiz İlham Əliyevin kadrların gəncləşmə siyasətini və Kimya kafedrasının əməkdaşlarının rəyini əsas tutaraq Kimya kafedrasına gənc alim dos.A.T.Məmmədovanı yeni kafedra müdiri təyin etmişdir. O, GDU-nun kollektivi adından dos.A.Məmmədovaya bu məsuliyyətli və çətin işdə uğurlar arzu etdi.