Ələkbərova Lalə Vüsal qızı

Ələkbərova Lalə Vüsal qızı 14 iyul 2002-ci ildə Göygöl rayonunda anadan olub. 2019-cu ildə Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsində “Kimya və Biologiya müəllimliyi” ixtisasına yüksək balla qəbul edilib. 2024-cü ildə həmin ixtisası “Fərqlənmə” diplomu ilə tamamlayaraq, Gəncə Dövlət Universitetində magistratura səviyyəsində “Biokimya” ixtisasında təhsilə başlayıb.

Nizami Gəncəvinin 880 illiyi münasibətilə təsis edilmiş “Nizami Gəncəvi” adlı təqaüd, “Heydər Əliyev adına” təqaüd və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin ‘Heydər Əliyev İli’ elan edilməsi ilə bağlı təqaüd”lərə layiq görülüb.

Hal-hazırda Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsində I kurs tələbələrinə akademik məsləhətçi kimi fəaliyyət göstərir və eyni zamanda universitetin Tələbə Elmi Cəmiyyətinin sədridir.

Əlaqə:

Elektron poçt: lala.alekberova.021@student.gdu.edu.az

Əlaqə nömrəsi: +994 841 55 79