Gəncə dövlət Universitetində son illər ərzində səmərəli tədris elmi-tədqiqat, tərbiyə işlərinin, beynəlxalq əlaqələrin şəhərimizin orta ümumtəhsil məktəblərində təbliği ilə əlaqədar olaraq Botanika kafedrasının müdiri professor Novruzov Vaqif Seyfəddin oğlunun 17. 10. 2022-ci il tarixdə Nəriman Nərimanov adına 25 saylı tam orta məktəbdə “Qırmızı siyahıların müasir vəiyyəti, yeni yaradılacaq qırmızı kitabların tərtibində onların rolu” mövzusunda ustad dərsi keçirilmişdir. Dərsdə Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin direktoru Muradova Nailə, Təcrübə və karyera şöbəsinin müdiri dosent Qarayev Cabbar, şöbənin əməkdaşı Qarayeva Tünzalə, Botanika kafedrasının müəllimi İsayeva Fidan, orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdilər. Mövzu ilə əlaqədar qeyd olundu ki, 30 illik işğal dövründə ermənilərin hərbi təcavüzü nəticəsində meşə sahələrinin, flora və faunanın, o cümlədən təbiət abidələrinin amansızcasına məhv edilməsi, su resurslarının çirkləndirilməsi, təbii sərvətlərin qeyri-qanuni istismar olunması nəticəsində ekoloji tarazlıq pozulmuşdur. 54 min ha-dan artıq meşə sahəsi tamamilə məhv edilmişdir. 43 min ha 2 Dövlət qoruğu , 4 təbiət yasaqlığının flora və faunasına ciddi ziyan dəymiş, iqtisadi əhəmiyyət kəsb edən 167 faydalı qazıntı yatağı istismar olunmuş, 8 Qarabağ endemi, ümumi həcmi 631 milyon kub metr su anbarı dövriyyədən çıxarılıb.
Ulu öndər Heydər Əliyevin tapşırığı ilə 1974 –cü ildə Bəsitçay qoruğu yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. Bəsitçay dövlət təbiət qoruğu. 29 oktyabr 1993-cü ildən işğal altında olub. Mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Artıq Bəsitçay təbiət qoruğunun bərpasına start verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay Dövlət Təbiət qoruğunda çinar ağacları əkərək Qarabağda introduksiya və reintroduksiyanın əsasını qoydular. Dərsin sonunda şagirdləri maraqlandıran suallar məruzəçi tərəfindən ətraflı cavablandırıldı.