açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti (attestatsız) Abdullayeva Lalə Rəşid qızının Biologiya ixtisasının II kursunda “Onurğalı heyvanlar” fənnindən “Amfibilərin morfologiyası və təsnifatı” mövzusunda açıq dərsi keçirildi. Dərsdə Tədris işləri üzrə dekan müavini fəxri prof.M.Həsənov, kafedra müdiri prof.V.Məmmədova, əməkdaşlardan b/m.Ş.Hacıyeva, b/m.E.Hüseynova, müəl.Z.Seyidova və A.Məmmədova iştirak etdilər. Açıq dərsdə müəllimə slayd və əyani vəsaitlərdən istifadə edərək amfibilərin xarici və daxili quruluşunu, təsnifatını və ekologiyasınının geniş izahını verdi. Dərs interaktiv üsulla keçildi. Tələbələr dərsdə fəal iştirak etdilər. Sonda dərs əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.