açıq dərs

Botanika kafedrasının müəllimi Leyla Quliyevanın Biologiya ixtisasının III kursunda Bitki ehtiyatı fənnindən “Bitkilər və onlara təsir edən amillər” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dekan k.e.d.İ.Alverdiyev və fəxri prof.M.Həsənov iştirak etdilər. Müəllim L.Quliyevanın dərsə aid bütün sənədləri qaydasında idi. Sonda dərs əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.