açıq dərs

Kimya kafedrasının baş müəllimi Sevinc Zeynalovanın Biologiya müəllimliyi ixtisasının III kurs tələbələrinə Bioloji kimya fənnindən “Fermentlərin quruluşunun ümumi qanunauyğunluğu” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə dekan k.e.d.İ.Alverdiyev, dos.E.Zeynalov, kafedra müdiri dos.A.Məmmədova, əməkdaşlardan dos.M.Rzayeva iştirak etdilər. Dərs başlarkən dekan Sevinc Zeynalovaya GDU-nun rektorunun “Beynəlxalq müəllimlər günü” münasibətilə 03.10.2022-ci il tarixli 2/114 saylı əmri ilə təltif olunmuş Fəxri fərmanı təqdim etdi. Açıq dərs müəllimin mövzuya aid motivasiyası ilə başladı. Sonra fermentlərin kəşf tarixi, quruluşu, tərkibi, ferment-substrat qarşılıqlı təsirinin “açar-qıfıl” qaydası əsasında izahı və mövzuya aid son illərin yeni məlumatları verildi.