açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Məmmədova Aytac Yasin qızının Kimya və biologiya müəllimliyi ixtisasının II kursunda “İnsan anatomiyası” fənnindən “Onurğa sütununun bölmələri. Fəqərələr, qabırğalar və döş sümüyü” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan k.e.d. İ.Alverdiyev, tədris işləri üzrə dekan müavini fəxri prof.M.Həsənov, kafedra müdiri prof.V.Məmmədova, əməkdaşlardan b/m.L.Heydərli, dos.G.Hümbətova, müəl.Z.Seyidova iştirak etdilər. Açıq dərsdə müəllimə slayd və əyani vəsaitlərdən, masserasiya olunmuş insan sümüklərindən istifadə etdi. Sonda dərs yüksək qiymətləndirildi.