açıq dərs

Kimya kafedrasının baş müəllimi Zeynalova Aygün Elxan qızının Kimya və biologiya müəllimliyi ixtisasının II kurs tələbələrinə “Qeyri-üzvi kimya-1” fənnindən açıq dərsi olmuşdur. Dərsdə dekan k.e.d. İ.Alverdiyev, tədris işləri üzrə dekan müavini fəxri prof.M.Həsənov, kafedra müdiri dos.A.Məmmədova və kafedra əməkdaşları iştirak etdilər. Açıq dərs yodun xassələrinin yazı lövhəsində tələbələr tərəfindən nəzəri şəkildə izah edilməsi ilə başladı. Sonra yodun alınması, yod ionunun məhlulda təyini reaksiyaları tələbələr tərəfindən qrup şəkildə nümayiş etdirildi. Açıq dərs “qızıl yağışı”, “yod saatı” təcrübələrinin aparılması ilə qurtardı. Tələbələr alınmış bu nəticələri öz dəftərlərində qeyd etdilər. Həm tələbələr həm də müəllimə dərsə yüksək səviyyədə hazırlaşmışdılar. Açıq dərs dərsdə iştirak edən müəllimlər tərəfindən maraqla dinlənilərək yüksək qiymətləndirildi.