Gəncə Dövlət Universitetində unudulmaz məzunumuz, şəhidlik zirvəsinə ucalan Səməndər İmanovun əziz xatirəsi yad edildi. Anım günündə universitetin Tədris məsələləri üzrə prorektoru, dos.Ş.Xurşudov, universitetin Humanitar məsələlər üzrə prorektoru, dos.G.Fətəliyeva, dekan k.e.d.dos.İ.Alverdiyev, dekan müavini fəxri prof.M.Həsənov, dos.Y.Aslanova, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova və digər əməkdaşlar şəhid Səməndər İmanov haqqında çıxış edərək öz xatirələrini danışmışlar. Səməndər İmanov Ekologiya mühəndisliyi ixtisasını bitirmişdir. O universitetin ən fəal tələbələrindən biri olmuşdur. Səməndər hər zaman öz vətənpərvərliyi ilə fərqlənmişdir. Vətən müharibəsində Xudafərin Körpüsü yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Səməndər İmanov “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Hazırda şəhidin adını daşıyan auditoriya fəaliyyət göstərir. O, hər zaman qəlbimizdə yaşayacaqdır! Ruhun şad olsun əziz Səməndər!