açıq dərs

Kimya kafedrasının dosent əvəzi Samirə Mehdiyevanın Kimya və biologiya müəllimliyi ixtisasının III kursunda Üzvi kimya-2 fənnindən “Fenollar” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan k.e.d. İ.Alverdiyev, tədris işləri üzrə dekan müavini fəxri prof.M.Həsənov, kafedra müdiri dos.A.Məmmədova iştirak etdilər.

Müəllimə açıq dərsə keçmiş dərsi sual-cavab etməklə başladı. Sonra yeni mövzuya aid motivasiyaedici sual verərək tələbələrdə mövzuya dair fikir formalaşdırdı. Dərsdə fenolların molekul quruluşu, xassələri, tətbiq sahələri haqqında geniş məlumat verildi.