“zəfərə gedən yol”

Kimya-biologiya fakültəsində “Zəfərə gedən yol” adlı tədbir keçirildi. Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq şanlı Zəfər yolundan bəhs etdi. Sonra dekan k.e.d. İ.Alverdiyev və fakültə əməkdaşları çıxış etdilər.  Tədbirdə fakültəmizin tələbələri tərəfindən vətənpərvərliyə aid şeirlər və mahnılar səsləndirildi. Vətən müharibəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilmişdir.