Botanika kafedrasının baş müəllimi Rahilə Məmmədovanın “Biologiya müəllimliyi” ixtisasının IV kursunda “Mikrobiologiya və virusologiya” fənnindən “Su mühitində bakteriyaların hesablanma qaydası” mövzusunda laboratoriya məşğələsindən açıq dərsi oldu. Açıq dərsdə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dekan k.e.d.İ.Alverdiyev, dekan müavini fəxri prof.M .Həsənov, dos.Z.İsmayılova, prof. A. Bayramova, b.ü.f.d. R. Quliyeva və digər əməkdaşlar iştirak etdilər. Sonda dərs əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.