MONİTORİNQ QRUPU KİMYA-BİOLOGİYA FAKÜLTƏSİNDƏ

Tədris və tədris intizamının daha da yaxşılaşdırılması işində monitorinq qrupunun fəaliyyəti təqdirə layiqdir. Qrupun rəhbəri dos.A.Quliyev və üzvlər işgüzarlığı, işə yaradıcı münasibəti, dəyərli təklif və tövsiyyələrinə görə rəğbətlə qarşılanırlar. Onlar müəllimlərin mühazirə, seminar və laborator məşğələlərinə aid sənədlərini, jurnalların yazılması, tələbələrin davamiyyəti, dərs prosesində müəllimlərin müasir avadanlıqlarından istifadəsinə diqqət yetirir. Qrup iş gününün əvvəlində və dinləmələri yekunlaşdırandan sonra dekanlıqda işgüzar müzakirə apardılar. Yekunda fakültədə tədrisin yüksək səviyyədə təşkili haqqında ümumi rəy söylədilər.